"Biz əlimizdən gələni edirik ki, lisenziya alaraq Unibank Premyer Liqada iştirak edək. Bunun üçün var-gücümüzlə çalışacağıq".
Bu sözləri Qol.Az-a açıqlamasında “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev deyib:
AFFA-nın "Qaradağ Lökbatan” klubunu Unibank Premyer Liqaya buraxmamasına münasibət bildirən Mustafayev bu haqda belə danışıb: “Bu barədə bizə müraciət olunmuşdu. Ancaq bəzi daxili işlərimiz var ki, onları yoluna qoymağa çalışırıq. Hələlik bizim 10 gün vaxtımız var ki, problemləri aradan qaldıraq. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik. Çünki ümid sonda ölür.
Əgər çempionatda iştirakımıza icazə verilməsə, ən azından haqqımızın yeyildiyini söyləmək olar. Yəni, komandanın heyətində 31 futbolçunun əməyini yerə vurmaq düzgün olmaz. Onlar bu nəticəni özlərinin zəhmət və əziyyəti bahasına əldə ediblər. Futbolçulara artıq maraqlı deyil ki, kağız üzərində harada, nə necə olur. İnşallah, sonda müsbət nəticə əldə edəcəyimizə inanıram".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?