Keçmiş baş nazir Yulia Timoşenkonun ətrafında yaranan vəziyyətə görə bir sıra Avropa rəsmiləri futbol üzrə 2012-ci ilin Avropa birinciliyinin Ukraynadakı final mərhələsinə gəlməkdən imtina edirlər.
“Der Spiegel” jurnalı yazır ki, Almaniya kansleri Merkel öz kabinetinin nazirlərinə müraciət edə bilər ki, onlar Ukraynaya Avropa birinciliyinin finalına getməsinlər.
Avropa Birliyinin Ədliyyə komissarı Viviane Reding elan edib ki, iyunun 9-da Ukraynada keçirilən ilk oyuna getmək planını təxirə salıb.
Ukraynanın keçmiş baş naziri Timoşenko isə həbsdə zorakılığa məruz qaldığını deyərək aclıq edir.
Onun həbsini Avropa Birliyi və ABŞ siyasi motivli hesab edirlər və Kiyevi Timoşenkonu azad etməyə çağırırlar.
Futbol üzrə Avropa birinciliyinin final mərhələsi iyun-iyul aylarında Polşa və Ukraynada keçirilməlidir.
Birinciliyin başqa problemi təhlükəsizliyin zəif olmasıdır. Keçən həftə Dnepropetrovskdakı silsilə partlayışlar bu problemə diqqəti cəlb etdi.
Final mərhələsinin UEFA-dan olan direktoru Martin Kallen Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə deyir ki, final oyunlarını Ukraynadan başqa ölkəyə köçürmək artıq gecdir. Ancaq o deyir ki, vəziyyət belə davam etsə, UEFA turniri gələn ilə təxirə salmağı müzakirə edə bilər.
Ukraynanın Xarici İşlər Nazirliyi bəyanat verərək bəzi Avropa siyasətçilərinin “idmanı siyasətin girovuna çevirməyi”, “Soyuq Müharibə” strategiyaları seçməyi haqda xəbərdarlıq edib.
Xəbər: azadliq.org
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?