"Real" (Madrid) klubu mövsümün sonunda daha bir ulduz futbolçunu transfer etməyi planlaşdırır.
Qol.Az-ın "El Confidencial"a istinadən verdiyi məlumata görə, "kral klubu" "Milan"ın hücumçusu Zlatan İbrahimoviçə "elçi" düşüb.
Bu mövsüm hücum xəttindən narazı qalan "Real"ın baş məşqçisi Joze Mourinyo isveçli futbolçunu komandasında görmək istəyir. "Barselona"nın sabiq futbolçuusunun da "Real"ın təklifini müsbət qarşıladığı bildirilir. "Milan" tərəfi İbrahimoviçin transferi qarşılığında pulla yanaşı, Kaka və ya Qonzalo İquaini də üstəlik tələb edir. Madrid təmsilçisi isə hələlik "Milan"ın bu təklifinə cavab verməyib.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Milan"ın heyətində keçirdiyi 29 oyunda 26 qola imza atıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?