İngiltərənin "Arsenal" klubu növbəti transferini rəsmiləşdirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, London təmsilçisi "Köln" klubunun hücumçusu Lukaş Podolskini heyətinə qatıb.
"Köln"lə olan müqaviləsi 2013-cü ildə başa çatacaq Podolski "Arsenal"la rəsmi müqavilə imzalayıb. Almaniya millisinin üzvü daha öncə "Köln" rəhbərliyi ilə görüşmüş və komandadan ayrılmaq istədiyini bildirmişdi.
Bundan sonra hərəkətə keçən "topçular" 27 yaşlı futbolçu ilə razılığa gəlmişdi. Lakin "Arsenal"ın Podolski ilə neçə illik müqavilə imzaladığı və futbolçunun transferi üçün qarşı tərəfə nə qədər pul ödəyəcəyi hələlik açıqlanmayıb. Təcrübəli hücumçunun yeni mövsümdən "Arsenal"ın formasını geyinəcəyi isə artıq dəqiqləşib.
Qeyd edək ki, "Köln" klubunun yetirməsi olan polşa əsilli futbolçu bu komandanın heyətində keçirdiyi 180 oyunda 86 qola imza atıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?