Robben "Bavariya"dan imtina etdi

Robben "Bavariya"dan imtina etdi
XƏBƏR 30 Aprel 2012 / 17:25 3280
-  A +

Münhen "Bavariya"sının yarımmüdafiəçisi Aryen Robben klubuyla müqavilənin müddətini uzatmaqdan imtina edib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı məlumata görə, yayda "Bavariya" ilə müqaviləsi bitən holland futbolçunun başqa kluba keçəcəyi gözlənilir.

Bildirilib ki, Robben bu ilin əvvəlində "Bavariya"da qalacağı barədə ilkin razılıq verib. Lakin bu yaxınlarda komanda yoldaşı Frank Riberi ilə dalaşdıqdan sonra Robben qərarından boyun qaçırıb.


Son xəbərlər