Unibank Premyer Liqanın XXX turu “Qəbələ” klubu üçün tarixi hadisə ilə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda tarixində 100-cü qələbəsini qazanıb.
“Bakı” ilə aprelin 29-dakı görüşə qədər 229 matç keçirən “Qəbələ” bu qarşılaşmaların 99-da qalib gəlmişdi. Yubileyi 4:0 hesablı darmadağınla qeyd edən futbolçular Unibank Premyer Liqadakı qələbələrin sayını 64-ə çatdırdı. Digər 22 qələbə birinci dəstə, 14 qələbə isə Azərbaycan kubokuna təsadüf edib.
Maraqlıdır ki, “Qəbələ”nin bütün tarixi qələbələri darmadağınla olub. İlk qələbə 2005-ci il sentyabrın 21-də birinci dəstədə əldə olunub. Həmin vaxt “Şərur” 8:0 hesabı ilə darmadağın edilib. 50-ci qələbə isə Premyer Liqaya təsadüf edib. 2008/09 mövsümünün 2009-cu il fevralın 14-də “Muğan”la Salyandakı görüşündə "Qəbələ" 4:0 hesabı ilə qalib gəlmişdi. Bu dəfə də yubiley 4 cavabsız qolla gəlib.
Lakin “Bakı” ilə qarşılaşma təkcə 100-cü qələbə ilə deyil, başqa maraqlı məqamlarla da əlamətdar olub.
- Qarşılaşma eyni zamanda Unibank Premyer Liqadakı ev oyunlarında 40-cı qələbə olub.
- Fatih Kavlak baş məşqçi kimi Premyer Liqada 10-cu qələbəsini qazanıb.
- Matçın 58-ci dəqiqəsində Viktor Mendinin vurduğu qol “Qəbələ”nin tarixində 300-cü qol olub. Bu matçadək 297 dəfə fərqlənən “Qəbələ” 300-ə matçdakı 3-cü qolla çatıb.
“Qəbələ”nin yubiley qolları
1-ci qol - 21.09.2005 Birinci dəstə Göy-Göl (Xanlar) - Şərur (Bakı) 8:0 İlqar İbrahimov, 23-öz qapısına
50-ci qol - 01.03.2006 Birinci dəstə Simurq (Zaqatala) – Gilan (Xanlar) 1:3 Əli Abışov, 76
100-cü qol - 07.04.2007 Unibank Premyer Liqa Simurq (Zaqatala) - Gilan (Qəbələ) 3:1 Vitali Balamsetnı, 28
150-ci qol - 09.08.2008 Unibank Premyer Liqa Qəbələ - NBC (Salyan) 4:1 Vüsal Hüseynov, 11
200-cü qol - 20.11.2009 Unibank Premyer Liqa Standard (Sumqayıt) - Qəbələ 1:2 Tomaş Stolpa, 21
250-ci qol - 17.04.2011 Unibank Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 3:0 Milan Antiç, 34
300-cü qol - 29.04.2012 Unibank Premyer Liqa Qəbələ - Bakı 4:0 Viktor Mendi, 58
- Mendinin qolu həm də Unibank Premyer Liqada 100-cü ev qoludur.
- “Qəbələ” “Bakı” sindromunu qırıb 730 gündən sonra qalib gəlib. Komanda rəqibini 2010-cu il mayın 1-dəki 1:0 hesablı qələbədən sonra 7 matç idi uda bilmirdi. Bu görüşlərdə 2 heç-heçə edən “Qəbələ” 5 dəfə uduzmuşdu.
- 22 cu dəfə keçirilən “Qəbələ” – “Bakı" dueli tarixində ən böyükhesablı nəticə qeydə alındı. İndiyədək “Bakı” 2 dəfə 3 top fərqi ilə qalib gəlmişdi – hər ikisində 3:0. 4 və daha artıq top fərqi ilə qələbə qazanan ilk tərəf isə “Qəbələ” olub.
- Ümumilikdə komanda tarixində 28-ci dəfə böyükhesabla qalib gəlib. Bunların 4-ü cari mövsüm qeydə alınıb: 3-ü çempionat, 1-i kubokda. Unibank Premyer Liqadakı hər 3 darmadağın 2012-ci ildə qeydə alınıb.
- Bunların 11-i birinci dəstə, 4-cü ölkə kubokuna təsadüf edibsə Unibank Premyer Liqada 13-cü dəfə 3 və ya daha çox top fərqi ilə qələbə əldə olunub. Bunların da 2-si final mərhələsində baş verib. Cari mövsümədək ilk “altılıq”da darmadağına sevinməyən “Qəbələ” tarixi rekordunu yeniləyib.
- “Qəbələ” 17-ci dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 8-ci dəfə Unibank Premyer Liqada qonaqlar məğlub edilib. Digər 11 darmadağın isə səfərdə gerçəkləşib.
- Premyer Liqadakı 13 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 3-ü Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.
- “Bakı” “Qəbələ”nin böyük hesabla məğlub etdiyi 19-cu komanda olub. MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 12 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.
- “Qəbələ”nin bütün böyük hesablı qələbələri
2005/06 21.09.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Şərur (Bakı) 8:0
2005/06 15.10.2005 Azərbaycan kuboku MOİK (Bakı) - Göy-Göl (Xanlar) 0:4
2005/06 16.11.2005 Birinci divizion Göy-Göl (Xanlar) - Gənclərbirliyi-2 (Sum) 4:1
2005/06 07.12.2005 Birinci divizion Energetik (Mingəçevir) - Göy-Göl (Xanlar) 0:3
2005/06 15.02.2006 Birinci divizion Şərur (Bakı) - Gilan (Xanlar) 0:3
2005/06 22.02.2006 Birinci divizion Gilan (Xanlar) - Rote Fahne (Tovuz) 4:1
2005/06 08.03.2006 Birinci divizion Gilan (Xanlar) - Viləş (Masallı) 3:0
2005/06 22.03.2006 Birinci divizion Gilan (Xanlar) - Ədliyyə (Bakı) 4:0
2005/06 19.04.2006 Birinci divizion Gənclərbirliyi-2 (Sumqayıt) - Gilan (Xanlar) 1:4
2005/06 10.05.2006 Birinci divizion Gilan (Xanlar) - Energetik (Mingəçevir) 6:0
2005/06 17.05.2006 Birinci divizion Yeni Yevlax - Gilan (Xanlar) 0:3
2005/06 24.05.2006 Birinci divizion Gilan (Xanlar) - Şahdağ-2 (Qusar) 4:0
2006/07 12.09.2006 Azərbaycan kuboku Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 Azərbaycan kuboku Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 11.11.2007 Unibank Premyer Liqa Gənclərbirliyi (Sumqayıt) - Qəbələ 0:6
2008/09 09.08.2008 Unibank Premyer Liqa Qəbələ - Muğan (Salyan) 4:1
2008/09 17.08.2008 Unibank Premyer Liqa MOİK (Bakı) - Qəbələ 0:3
2008/09 05.10.2008 Unibank Premyer Liqa Qəbələ - Bakılı 3:0
2008/09 14.02.2009 Unibank Premyer Liqa Muğan (Salyan) - Qəbələ 0:4
2008/09 22.03.2009 Unibank Premyer Liqa Qəbələ - Karvan (Yevlax) 3:0
2009/10 07.11.2009 Unibank Premyer Liqa Qəbələ - Muğan (Salyan) 3:0
2010/11 27.11.2010 Unibank Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 4:0
2010/11 04.12.2010 Unibank Premyer Liqa MOİK (Bakı) - Qəbələ 0:3
2010/11 17.04.2011 Unibank Premyer Liqa Qəbələ - Simurq (Zaqatala) 3:0
2011/12 30.11.2011 Unibank Azərbaycan kuboku Qəbələ - Neftçala 3:0
2011/12 03.03.2012 Unibank Premyer Liqa Rəvan (Bakı) - Qəbələ 0:4
2011/12 11.03.2012 Unibank Premyer Liqa Qəbələ - Neftçi (Bakı) 4:1
2011/12 29.04.2012 Unibank Premyer Liqa Qəbələ - Bakı 4:0
- Cari mövsüm Premyer Liqada 9-cu qolunu vuran Yannik Kamanan klub rekordunu təkrarlayıb. Belə ki, “Qəbələ”nin Unibank Premyer Liqadakı çıxışları tarixində ən çox qol vuran futbolçular mövsümə 9-dan artıq qol vurmayıb. Buna ötən mövsüm Deon Barton, cari mövsüm Luiz Hilario imza atıb. Kamanan bu 2 komanda yoldaşının rekorduna qoşuldu.
- Yannik Kamanan 9-cu, Viktor Mendi 8-ci dəfə “Qəbələ” formasında qol vurmaqla klub tarixinin ən məhsuldar futbolçuları siyahısında irəlilədilər: Rövşən Əhmədov – 20, Kənan Kərimov - 18, Deon Barton – 15, Vitali Balamestnı, İbrahim Hüseynov – 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Hilario - 10, Yannik Kamanan, Fərzad Hatəmi, Vüsal Qarayev – 9, Viktor Mendi, Fazil Pərvərov – 8.
- Qollarının hamısını Unibank Premyer Liqada vuran Kamanan buradakı mövqeyini də yaxşılaşdırıb Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – 11, Luiz Hilario, Yannik Kamanan - 9, Fərzad Hatəmi – 8, Samir Zərgərov, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa, Viktor Mendi – 7.
- Matçın 78-ci dəqiqəsində meydana çıxan Elnur Mustafayev karyerasında ilk dəfə “Qəbələ”nin əsas heyətində rəsmi matça çıxıb. Bununla da o, klub tarixinin 131-ci oyunçusu olub. Bunlardan 15-i yalnız birinci dəstə və ya Azərbaycan kubokunda oynadığından Elnur Unibank Premyer Liqada “Qəbələ” forması geyən 116-cı oyunçu olub.
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
Konfrans Liqasında son tur: 18 oyun eyni saatda
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı