Rusiya yığması Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaq

Rusiya yığması Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaq
XƏBƏR 30 Aprel 2012 / 15:35 1686
-  A +

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Dik Advokat 2012-ci il Avropa çempionatından sonra istefa verəcək.

Bu barədə hollandiyalı mütəxəssisin özü “Sport-Ekspress” qəzetinə açıqlama verib.
 
Hələlik istefa səbəbini demək istəməyən Advokat qərarının maliyyə şərtlərindən qaynaqlanmadığını bildirib.

Qeyd edək ki, Dik Advokatın Rusiya Futbol Federasiyası ilə müqavilə müddəti iyulun 15-də başa çatır. Onun Hollandiya PSV-sinə rəhbərlik edəcəyi bildirilir. Rusiya yığmasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən biri Azərbaycan milli komandasıdır.

Xəbər: lent.az

Son xəbərlər