Türkiyə futbolunda danışılmış oyunlarla bağlı uzun müddətdir davam edən proseslə əlaqədar ən kritik qərar açıqlanıb.
Qol.Az-ın məlumatına görə, mətbuat konfransı keçirən Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən danışılmış oyunlara cəhdlərin meydanlarda əksini tapmadığını vurğulayıb.
O, Türkiyə Futbol Federasiyası (TFF) İntizam Kodeksinin 58-ci maddəsinə xal silmə cəzasının da əlavə edildiyini söyləyib. Bundan başqa Dəmirörən Superliqada 22 oyunun TFF İntizam Komitəsinə cəlb edildiyini bildirib. İntizam Komitəsi 48 saat ərzində, yəni mayın 2-dək qərarını açıqlayacaq.
Qeyd edək ki, 58-ci maddəyə edilən dəyişiklik danışılmış oyunda iştirak edən klubun aşağı liqaya endirilməsi əvəzinə hesabındakı xallarının silinməsini nəzərdə tutur. Bu isə o deməkdir ki, adı oyun alqı-satqısında hallanan “Fənərbaxça” klubunun Superliqadan I Liqaya düşürülmə ehtimalı aradan qalxıb. Klub ən pis halda xallarından silinmə ilə canını qurtaracaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?