Dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupda mübarizə aparan Finlandiya millisinin baş məşqçisi Stüart Bakster yerli “Helsinki Times” nəşrinə verdiyi açıqlamasında qrupdakı son vəziyyət və qarşıdakı oyunlar haqda danışıb. Qol.Az-ın məlumatına görə, rəqibimizin baş məşqçisi dünya çempionatına getmək şanslarının çox az olduğunu bildirib. S.Bakster millimizlə oyun haqda da danışıb: “Biz evdə Almaniyanı uda bilmədik. Səfərdə isə Rusiyaya uduzduq. Düzdür, bu rəqiblərlə bir daha oynayacağıq. Amma onların hər ikisini məğlub edəcəyimizi söyləmək çox çətindir. Bir də qrupda tək Almaniya və Rusiya yer almayıb. Uels və Azərbaycanı da unutmaq olmaz. Azərbaycanlılar öz meydanlarında bir dəfə bizi məğlub ediblər. Orada oynamaq çox çətindir. Həm qazonun durumu ideal olmur, həm də yerli azarkeşlərin dəstəyi güclü olur. Hər halda biz çalışacağıq ki, bundan sonra minimum itki verək”.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı