Bugün “Xəzər Lənkəran” olimpiya milli komandalarının təlim-məşq bazasında (keçmiş “Neftçi” bazası) növbəti məşqinə çıxıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, saat 11.00-da başlayan və təxminən saat yarım davam edən çalışmalara Kamran Ağayevlə milli komandanın düşərgəsində olan Rahid Əmirquliyevdən başqa bütün futbolçular qatılıblar. Topuğundakı yüngül zədə üzündən dünənki məşqi buraxan Devran Ayhan isə bugün artıq məşqləri bərpa edib. Düzdü, komandaya sabah qoşulacağı gözlənilən türkiyəli legioner bugün fərdi şəkildə çalışaraq, yalnız kross qaçmaqla kifayətlənib.
Məşqi isinmə və dartınma hərəkətləriylə başlayan futbolçular daha sonra yarım saat ərzində ikitərəfli oyun keçiribləro. Lakin adi oyundan fərqli burada baş məşqçi İqor Ponomaryov yetirmələrinə topa uzaqbaşı iki toxunuş etməyə icazə verib. Daha sonra isə futbolçular bir-birini zərbə mövqeyinə çıxarmaq və uzaqdan zərbələr üzərində çalışıblar. Çalışmalar məşqçinin futbolçularla on dəqiqəlik söhbətindən sonra başa çatıb.
Komandanın bugünki məşqinə klub prezidenti Mais Mənsimov da baş çəkib. Futbolçuların əhval-ruhiyyəsi ilə maraqlanan klub prezidenti daha sonra komandanın baş məşqçisi İqor Ponomaryovla da qısa söhbət edib. “Xəzər Lənkəran” növbəti məşqə sabah saat 11.00-da “Şəfa” stadionunda çıxacaq.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı