Dünən Ukraynanın Dnepropetrovsk şəhərində törədilən partlayışlardan sonra bu ölkədə 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına bilet alanlar da təlaşa düşüblər.
Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu ağır çəkidə WBS versiyası üzrə dünya çempionu Vitali Kliçko söyləyib.
Vitali Kliçko deyib ki, bu gün ona Almaniyadan zəng açıb, kütləvi narahatlıq olduğunu və çempionat üçün bilet alanların kütləvi surətdə biletləri qaytardıqlarını bildiriblər. Məşhur boksçu qeyd edib ki, çox qısa zaman kəsimində Dnepropetrovsk şəhərində törədilən terror aktı araşdırılmalı, ukraynalıları və yaxın vaxtlarda Ukraynaya gəlməyə hazırlaşanları sakitləşdirəcək dəqiq cavab verilməlidir: “Futbol üzrə 2012-ci il Avropa çempionatı Ukrayna üçün vizit kartı olmalıdır. Əgər isteriya davam edərsə, biz pis vəziyyətə düşərik”.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Futbol Federasiyasının prezidenti Qriqoriy Surkis də Dnepropetrovskda baş verən partlayışların 2012-ci il Avropa çempionatı ərəfəsində Ukraynanın imicinə mənfi təsir göstərə biləcəyini söyləyib. UEFA da artıq məsələyə münasibətini açıqlayıb və Avropa çempionatının Ukraynada keçirilməsi barədə qərarı ləğv etmək niyyətində olmadığını bəyan edib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?