“Peşəkar Futbol Liqasının bu qərarı əksəriyyətin razılığına səbəb olub. Təbii ki, Azərbaycanı sevən, bu ölkəyə səmimi bağlılığı olan hər bir şəxs bu məsələyə sevinir”. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri PFL-in Ağdam klubunun ev oyunlarını doğma Quzanlı stadionunda keçirməsinə razılıq verməsinə münasibət bildirərkən, komandanın icraçı direktoru Əmrah Çəlikəl deyib. Ə.Çəlikəl xüsusən də “Bakı”nını baş meneceri Zeynal Məmmədovla “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryova təşəkkür edib: “Xüsusilə, “Bakı” klubuna təşəkkür etmək istəyirəm. Zeynal müəllimin Ağdamda oynamaq hər birimizin borcudur açıqlamasını təqdir edirəm. Zeynal müəllim kimi təfəkkürlü insanlar futbolda qazanılan nailliyyətlərdən öncə bəşəri, milli və əxlaqi dəyərlərin daha vacib olduğunu göstərir. Ağdamda oynamaq Qarabağın var olduğunu göstərməkdir. Zeynal bəy verdiyi açıqlamarla bunu gözəl sübut etdi. Eyniylə, sabiq baş məşqçimiz İqor Ponomaryovun açıqlaması və “Qarabağ”ın bu ideyasını dəstəkləməsini alqışlayıram. Hər iki klub təmsilçisinin açıqlamasında Azərbaycan futbolunun xeyrini düşündüyünü bildirməsi futbolumuz üçün yanan ürəklərin var olduğunu göstərir. Təbii ki, ürəyində bu ölkənin mənafeyini düşünən hər bir şəxs Qarabağın Azərbaycan üçün anlamını bilir. Qarabağın bir parçası kimi Ağdamın Tovuzla eyni olmadığı bəllidir. Ağdama gələcək hər bir rəqib komanda Qusar, İmişli, Qəbələdən fərqli olaraq Ağdamda futbol oynamağın ilk növbəti dəfə vətəndaşlıq borcu olduğunu bilir”.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı