Bu gün Türkiyə Futbol Federasiyasının Təftiş Komissiyası İstanbulun “Fənərbaxça” klubunun yarımmüdafiəçisi və ikinci kapitanı Əmrə Bəlözoğlunun qanını qaraldan qərar verib.
Qol.Az-ın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, Təftiş Komissiyası “Trabzonspor” komandasının Afrika əsilli futbolçusu Didier Zokoranın Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsinin qərarı ilə bağlı etirazını müzakirə edib və Əmrə ilə bağlı inzibati ölçü götürülməsinə qərar verib.
Bu qərara əsasən Əmrə bu axşam “Fənərbaxça”nın “Beşiktaş” ilə oynayacağı oyuna çıxa bilməyəcək. Qərara əsasən Əmrə ilə bağlı araşdırma da davam edəcək və futbolçu ilə bağlı yekun qərar araşdırma başa çatandan sonra veriləcək.
Qeyd edək ki, Əmrə “Fənərbaxça” və “Beşiktaş” komandaları arasında keçirilən oyun zamanı Didier Zokora ilə mübahisə edib və ona “pis zənci” deyib. Bununla bağlı Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi Əmrənin 2 rəsmi oyunda oynamasına qadağa qoymuş, futbolçu “Fənərbaxça”nın “Qalatasaray” və “Karabük” komandaları ilə keçirdiyi son iki görüşdə oynamamışdı. Əmrə bu axşam “Beşiktaş” komandası ilə oyunda meydana çıxmağa hazırlaşsa da, Türkiyə Futbol Federasiyasının Təftiş Komissiyasının son qərarı onun bu arzusunu da yerinə yetməyə qoymayıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?