“Barselona” futbol klubunun baş məşqçisi Xosep Qvardiola ispan klubunu tərk etdikdən sonra Londonun “Çelsi” klubuna başçılıq edəcəyi barədə məlumatları təkzib edib.
Qol.Az-ın “ESPN”ə istinadən məlumatına görə, Qvardiola bu bəyanatı idman mətbuatında onun London klubu ilə müqavilə bağlayacağı barədə informasiya yayılmasından sonra verib.
Məşqçi “Çelsi”yə keçəcəyi barədə şayiələri şərh edərkən bildirib ki, London klubuna başçılıq etməyi doğru saymır: “İngilis klubu ilə müqavilə bağlamağım Çempionlar Liqasında “Çelsi”yə uduzaraq mübarizəni dayandıran “Barselona”ya qarşı hörmətsizlik olardı”.
Qvardiola onu da bildirib ki, komandanı tərk edəcəyi ilə bağlı rəhbərliyə hələ 2011-ci ilin oktyabrında xəbərdarlıq edib. O, “Barselona” ilə vidalaşandan sonra nə edəcəyini hələ dəqiqləşdirmədiyini, amma məşqçilik fəaliyyətindən bir qədər aralanmaq istədiyini vurğulayıb.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?