Yığmamız turnirə qələbə ilə başladı

Yığmamız turnirə qələbə ilə başladı
XƏBƏR 28 Aprel 2012 / 15:03 1709
-  A +

Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcüstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız Fəhmin Muradbəylinin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə növbəti oyununu sabah – aprelin 29-da, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə komandasına qarşı keçirəcək.

Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer