Azərbaycanın bir sıra futbol mütəxəssisləri – Şahin Diniyev, Arif Əsədov, Nazim Süleymanov, Yaşar Vahabzadə və Vəli Qasımov İsveçrədə keçirilən seminarda iştirak ediblər.
Qol.Az-ın məlumatına görə, Nyon şəhərində Pro kateqoriyalı kurslarda iştirak edən məşqçilər üçün seminar baş tutub.
Seminarda iştirak edən “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov saytımıza açıqlamasında bildirib ki, tədbir onlar üçün çox səmərəli keçib: “Seminarda beş ölkənin nümayəndələri iştirak edirdi. Uels, Estoniya, Rusiya və Moldovadan olan mütəxəssislərlə birlikdə məşqlər keçdik. Gündəlik olaraq müxtəlif mövzularda keçirilən seminarlarda iştirakçı olduq. Fikrimcə, bizim üçün yaxşı keçdi. Onlar da gördülər ki, biz Bakıda kursları yaxşı keçmişik”.
A.Əsədov dünyanın bir sıra tanınmış futbol simalarının adıçəkilən seminarda iştirak etdiyini bildirib: “Uelsin tərkibində Marsel Desai, Almaniyanın sabiq qapıçısı Yens Leman və Ditmar Haman iştirak edirdi. Ümumi götürdükdə 50-60 məşqçi olardı. Belçika yığmasının baş məşqçisi 1 saatlıq məruzə edərək öz məşqçilik karyerası haqda danışdı. “Mançester Yunayted”in köməkçi məşqçisi də maraqlı məruzə ilə çıxış etdi”.
Arif Əsədov Pro kateroriyası üçün verdikləri imtahanın nəticələrinin yaxın bir neçə gündə açıqlanacağını deyib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?