İspaniyanın “Barselona” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Lent.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Sandro Rossel bu gün keçirilən mətbuat konfransında açıqlama verib.
Rossel bildirib ki, bu, mövsümün sonunda istefa verəcək Xosep Qvardiolanın köməkçisi Tito Vilanovadır. Qvardiola iyunun 30-da başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib. 41 yaşlı mütəxəssis qərarını belə əsaslandırıb:
“Mən həmişə qısa müddətli müqavilələr bağlamağa can atmışam. Çünki “Barselona”da tələblər çox yüksəkdir. Biz son bir həftədə iki yarışda məğlub olmuşuq. Ona görə də qərarımı açıqlamağın əsl vaxtıdır. Səbəb çox sadədir. “Barselona”nın baş məşqçisi olduğum 4 il ərzində çox yoruldum. İnanıram ki, yeni baş məşqçi daha “Barsa”ya verə bilmədiyimi komandaya bəxş edəcək”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?