Hazırda Rusiyanın “Anji” klubunun direktoru postunu tutan əfsanəvi braziliyalı futbolçu Roberto Karlos vida matçı ilə bağlı planlarını bölüşüb.
39 yaşlı müdafiəçi bu görüşdə Mahaçqala komandasının İspaniya “Real Madrid”i ilə üz-üzə gələcəyini açıqlayıb.
Futbolçu “Sport-Ekspress”ə müsahibəsində bununla bağlı klubun sahibi Süleyman Kərimovla danışacağını söyləyib: “Vida matçı ilə bağlı müxtəlif mülahizələrim var. Amma dəqiq bilirəm ki, “Anji” ilə “Real Madrid” oynayacaq. İki variant nəzərdən keçirilir: Ya bir oyun Mahaçqalada, biri Madriddə, ya da elə Mahaçqalada”.
Mahaçqalaya vaxtilə Roberto Karlosla çiyin-çiyinə oynamış Raul Qonsales, Zinəddin Zidan, Devid Bekhem, Luiş Fiqu, habelə “kral klubu”nun hazırkı heyətindən Kriştianu Ronaldu, Məsut Özil, Kərim Benzema kimi ulduzların gəlişi nəzərdə tutulur: “Alınsa, görüşü bu il, alınmasa, növbəti ilə keçirəcəyik”.
Qeyd edək ki, Roberto Karlos karyerasının ən yaxşı illərini məhz “Real Madrid”də keçirib. O, 1996 – 2007-ci illərdə çıxış etdiyi “kral klubu”nda 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə Superkuboku, 3 dəfə Çempionlar Liqası, 1 dəfə UEFA Superkuboku və Qitələrarası Kubok qazanıb.
Xəbər: lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?