Çempionlar Liqasının yarımfinal mərhələsində "Çelsi"yə məğlub olaraq (2:3) mübarizəni dayandıran "Barselona" klubunun baş məşqçisi Pep Qvardiolanın komandadan ayrılacağı yenidən gündəmə gəlib.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Qvardiolanın mövsümün sonundan etibarən İngiltərə milli komandasını çalışdıracağı iddia olunur.
Bu mövsüm La Liqada "Real" (Madrid) klubundan 7 xal geri qalan, Çempionlar Liqasında isə mübarizəni dayandıran "Barselona" rəhbərliyi də Qvardiolaya yeni müqavilə təklif etməyib. Daha öncə verdiyi açıqlamalarında "Barselona"dan ayrıla biləcəyini deyən 41 yaşlı mütəxəssisin İngiltərə millisinin baş məşqçi postuna keçəcəyi istisna olunmur. Mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatacaq Qvardiolanın bir neçə gün ərzində öz qərarını açıqlayacağı bildirilir.
Qeyd edək ki, Qvardiola 2008-ci ildən "Barselona" klubunu çalışdırır.
"Şimal" - MOİK matçında vurulan qollar - Video
Martinsin dublu, "Zirə"nin qələbəsi - Video
"Şimal" MOİK-lə bərabərə qaldı
"Hər məşqçini belə qələbələr sevindirər" - Rəşad Sadıqov
"Gənc futbolçularımız möhkəm olmalıdır" - Ayxan Abbasov
“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü
"Zirə" liderliyə yüksəldi, "İmişli"dən qələbə
Şahruddindən qələbə şərhi
La Liqanın prezidenti İngiltərə Premyer Liqasını tənqid etdi
Jorj Kaşkilya: “İmişli” hər oyuna qələbə üçün çıxır”
Formula 1: İkinci sərbəst yürüşdə Luis Hemilton birinci olub
"Zirə" - "Şamaxı": Heyətlər
Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi
“Qarabağ”da şok itki - Zədəsi ciddidir
"Arsenal"da yeni baş direktor
"Karvan" - "İmişli": Heyətlər açıqlandı
"Barselona" PSJ ilə hansı stadionda oynayacaq?
Minifutbol: "Zirə" Çempionlar Liqasının 1/4 finalında
Haalanddan daha bir uğur
"Formula 1 Azərbaycan Qran-Prisi"ndə sərbəst yürüş başladı
“Braqa”dan “Qarabağ”a mesaj - “Sizin üçün darıxmışıq”
Üç güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı