Azərbaycanın olimpiya çempionları Fərid Mansurov və Zemfira Meftahəddinova, milli komandamızın futbolçusu Rauf Əliyev və “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımov dünya şöhrətli “Eurosport” kanalının Azərbaycan haqqında çəkdiyi 13 dəqiqəlik “Pass sport ”filmində iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, filmdə yunan-roma güləşi üzrə 2004-cü il Afina Yay Olimpiya oyunlarının qalibi, ikiqat Dünya çempionu Fərid Mansurov filmdə bələdçi kimi çıxış edərək “UNESCO”nun mədəni irsinə daxil edilmiş “İçəri şəhər”ə gəzinti edir və Azərbaycanın tarixi, mədəni zəngin irsi haqqında danışır.
2000-ci il Sidney olimpiadasında stend atıcılığı üzrə qızıl medal sahibi Zemfira Meftahəddinova isə filmdə Azərbaycan xalqının qonaqpərvərliyindən danışır. 5 yaşlı oğlu Ruslanla birgə müasir ticarət mərkəzlərindən birinə gəzintiyə çıxan olimpiya çempionumuz Bakının çoxmillətli şəhər, əhalisinin isə qonaqpərvər olduğunu diqqətə çatdırır.
Nigar Camalla ifa etdiyi duetdən sonra “Eurovision” mahnı müsabiqəsini Azərbaycana gətirən Eldar Qasımov Azərbaycan idmanının uğurlarından, idmançılarımızın əldə etdiyi qələbələrdən, idman infrastrukturundan söz açır: “Mənim ən böyük arzularımdan biri Bakının 2020-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsidir. Bu, bizim üçün böyük şərəf olmaqla yanaşı, Azərbaycanın idmana verdiyi böyük diqqət və önəmin də bariz nümunəsi ola bilər”.
Rauf Əliyev dənizkənarı Milli Parkdakı gəzintisi ilə filmə yekun vurur: “Bakıda yaşamaq, işləmək, oynamaq və ya sadəcə turist kimi gəlməyinizdən asılı olmayaraq, əminik ki, bu şəhər sizin sevimlinizə çevriləcək”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı