"Real" (Madrid) klubunun müdafiəçisi Serixo Ramos dünən keçirilən "Bavariya" ilə oyun haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Ramos bu görüşdə bəxtin onların yanında olmadığını bildirib:
"Çox təəssüf ki, bu oyunda bəxt bizim tərəfimizdə deyildi. Hər kəs gördü ki, bu görüşdə qələbə qazanmaq istəyirdik. Çox əla oyun keçirdik. Ancaq "Bavariya" çox güclü rəqibdir. Erkən 2 qoldan sonra "Bavariya"nı daha bir neçə dəfə cəzalandıra bilərdik. Lakin Münhen təmsilçisi buna imkan vermədi. Artıq bütün diqqətimizi İspaniya La Liqasına yönəltmişik. Ümidsizliyə qapılmırıq və qarşıdakı oyunlara hazırlaşacağıq".
Qeyd edək ki, Ramos "Bavariya" ilə oyunun penaltilər seriyasında komandasının bərabərlik qolunu vura bilməmişdi. Təcrübəli müdafiəçinin vurduğu top qapının üstündən keçmişdi.
Ramos penaltini vura bilməməsi haqda belə danışıb: "Mən özümə əmin idim. Növbəti dəfə də penaltini vurmağa özüm gedəcəyəm. Gizlətmirəm ki, psixoloji təzyiq çox idi, amma zərbəni əyri vurmağım bununla bağlı deyil".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?