Dünən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında AFFA tərəfindən təşkil olunmuş çempionatda XI turun oyunları keçirilib. Lakin «Bakılı» - «Qarabağ» oyunu stadionda təcili yardım maşını omadığı üçün keçirilməyib. Artıq üçüncü dəfədir ki, eyni hal təkrarlanır. “Bakı” və “İnter”lə oyunlarda da “Bakılı” təcili yardım maşını tapa bilmədiyinə görə, oyun baş tutmamış və nəticədə meydan sahiblərinə texniki məğlubiyyət verilmişdi. Maraqlıdır, görəsən, təcili yardım maşını tapmaq bu qədər çətin işdir? Məsələylə bağlı “Bakılı”nın prezidenti Misir Əbilova müraciət etdik. Klub rəhbəri sözügedən məsələyə olduqca maraqlı münasibət bildirdi: “Əsas komandaların, eləcə də əvəzedicilərin oyunları zamanı stadiona təcili yardım maşını dəvət edirik. Amma aşağı yaş qrupları üzrə komandaların oyunlarında təcili yardım maşını çağırmırıq. Onsuz da elə-belə çempionatdır da, AFFA keçirdir. 17 yaşlıların oyunları zamanı stadionda tibbi personal olur - 2 həkim və 2 tibb bacısı. Amma rəqiblərimiz oynamaq istəmirlər. Neyləyək ki?”
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı