AFFA "Xəzər Lənkəran"la bağlı qərara münasibət bildirdi

AFFA "Xəzər Lənkəran"la bağlı qərara münasibət bildirdi
XƏBƏR 26 Aprel 2012 / 13:52 2179
-  A +

AFFA FİFA-nın «Xəzər Lənkəran»dan sildiyi altı xalı geri qaytarmasıyla bağlı qərara münasibət açıqlayıb.

Qol.Az-ın məlumatına görə, qurumun baş katibi Elxan Məmmədov bildirib ki, məsələ ilə bağlı artıq FİFA-dan AFFA-ya növbəti məktub daxil olub.

«Məktubda qeyd olunur ki, AFFA ilə FİFA arasında 2012-ci il aprelin 18-də aparılmış yazışmaya uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və «Xəzər Lənkəran» FK-nın hesabından silinmiş 6 xalın geri qaytarılması ilə bağlı qərarın çıxarılmalı olduğunu bildirib. Bununla əlaqədar, AFFA-nın İntizam Komitəsinin bu gün keçiriləcək növbədənkənar iclasında FİFA-nın tələbinə uyğun qərar qəbul olunacaq. Biz çox şadıq ki, «Xəzər Lənkəran» klubu ətrafında cərəyan edən bu məsələ ilə bağlı ədalətli qərar çıxarılacaq».

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə