"Bavariya" klubunun hücumçusu Aryen Roben dünən keçirilən "Real" (Madrid) komandası ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Madriddə "Real"ı penaltilər seriyasında məğlub edərək (3:1) finala adlayan "Bavariya"lı futbolçu buna layiq olduqlarını bildirib:
"Komanda yoldaşlarımla qürur duyuram. Matçın 14-cü dəqiqəsində 0:2 hesabı ilə geri düşdüyümüz halda psixoloji olaraq sınmadıq və sonadək mübarizə apardıq. Oyuna həqiqətən də "ac" başladıq və hər kəs olduqca aqressiv oynadı. Düşünürəm ki, "Bavariya" finalda oynamağa layiqdir".
Qeyd edək ki, mayın 19-da keçiriləcək final matçında "Bavariya" doğma "Alyans Arena"da İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?