Türkiyə Futbol Federasiyasının Etika Komissiyası “Fənərbağça” klubu ilə bağlı hesabat üzərində işi başa çatdırıb.
Türkiyənin “Vatan” qəzetinin verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyasının Etika Komissiyası “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırımın danışılmış oyunlarda iştirakına dair fakt aşkar etməyib.
Etika Komissiyası 10 ay ərzində üzərində Baş Prokurorluqdan göndərilən sənədlərin və görüntülərin hamısını tam araşdırdıqdan sonra vəziyyətin narahatedici olmadığı qənaətinə gəlib. Əgər hesabat qəbul edilərsə, Türkiyə Futbol Federasiyası “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırıma idman cəzası verməyəcək.
“Beşiktaş” komandasının baş məşqçisi Tayfur Havutçunun da bütün telefon danışıqları araşdırılıb və bu danışıqlarda cinayət faktına rast gəlinməyib. Etika Komissiyasının hesabatı əsasında Türkiyə Futbol Federasiyası aprelin 30-da qərar verəcək.
Xəbər: lent.az
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?