"Xəzər Lənkəran"ın rəsmisi: "FİFA üzrxahlıq etdi"

"Xəzər Lənkəran"ın rəsmisi: "FİFA üzrxahlıq etdi"
XƏBƏR 26 Aprel 2012 / 10:38 2361
-  A +

“Bildiyiniz kimi, FİFA-dan bizim klubun ofisinə məktub daxil olub. Həmin məktubda bildirilir ki, biz futbolçu Romulo Silvano Silvanın məvacibini vaxtında ödəmişik. Bu səbəbdən FİFA “Xəzər Lənkəran” klubundan məsələ ilə bağlı üzrxahlıq edib və AFFA-ya klubdan 6 xalın silinməsi barədə etdiyi sorğunun səhv hesab olunmasını bildirib".

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev deyib.

Klub nümayəndəsi yaxın 2-3 saat ərzində AFFA-nın rəsmi olaraq “Xəzər Lənkəran”ın silinmiş altı xalını geri qaytarması ilə bağlı qərar verəcəyini bildirdi:

“Artıq Peşəkar Futbol Liqası turnir cədvəlində dəyişikliklər edib".

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə