AFFA: "Bizə FİFA-dan məktub gəlməyib"

AFFA: "Bizə FİFA-dan məktub gəlməyib"
XƏBƏR 26 Aprel 2012 / 10:07 2464
-  A +

Bu gün FİFA İntizam Komitəsi tərəfindən "Xəzər Lənkəran" klubuna məktub daxil olduğu barədə xəbər vermişdik.

Qol.Az-ın məlumatına görə, məktubda “Xəzər Lənkəran” FK tərəfindən futbolçu Romulo Silvano Silvaya edilən ödənişin təyin olunmuş əlavə müddət ərzində yetirildiyi və FİFA İntizam Komitəsinin AFFA-ya klubdan 6 xal silinməsi barədə etdiyi sorğunun səhv olunması qeyd olunub.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu isə Qol.Az saytına açıqlamasında bu barədə quruma FİFA-dan heç bir məktubun daxil olmadığını bildirib:

"Xəzər Lənkəran" klubundan silinmiş altı xalın geri qaytarılması ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Mən bu xəbərin nə dərəcədə real olduğunu deyə bilmərəm. Gərək bizə məktub daxil olsun ki, bunun həqiqiliyinə inanaq".

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu