Tanınmış “Goal.com” saytı futbol tarixi ərzində ən axmaq meydandan qovulmaların siyahısını tərtib edib.
Qol.Az-ın məlumatına görə, belə siyahının hazırlanmasına İngiltərənin “Çelsi” komandasının kapitanı Con Terrinin aprelin 24-də İspaniya “Barselona”sı ilə yarımfinal mərhələsinin cavab oyununun 37-ci dəqiqəsində aldığı qırmızı vərəqə səbəb olub.
Sıralamaya xronoloji ardıcıllıqla 10 meydandan qovulma düşüb. Terriyə göstərilmiş qırmızı vərəqə isə siyahıda sonuncu olub. O, “Barsa”nın hücumçusu Aleksis Sançesə diz zərbəsi endirdiyi üçün cəzalandırılıb.
Siyahıda birincilik 1998-ci il dünya çempionatının İngiltərə - Argentina matçında Devid Bekhemin Dieqo Simeoneyə ayaqla endirdiyi zərbəyə verilib. Şübhəsiz ki, 2006-cı il dünya çempionatının finalında fransalı Zinəddin Zidanın italiyalı Marko Materatsiyə atdığı kəllənin cəzası da diqqətdən kənarda qalmayıb.
Habelə, 2008-ci ildə keçirilmiş UEFA Superkuboku uğrunda görüşdə İngiltərə “Mançester Yunayted”inin yarımmüdafiəçisi Pol Skoulzun Rusiya “Zenit”i ilə matçda rəqib qapısına əllə topu tullamasının qarşılığındakı meydandan qovulması 3-cü yerə layiq görülüb. “Qırmızı şeytanlar”ın digər futbolçusu Ueyn Runi siyahıya 2 dəfə düşüb. O, 2005-ci ildə İspaniya “Vilyarreal”ı ilə qarşılaşmada hakimi alqışladığı, 2006-cı il dünya çempionatında isə İngiltərə millisinin üzvü kimi Portuqaliya yığmasının oyunçusu Rikardu Karvalyunu ayağı ilə basdığı üçün qırmızı vərəqə alıb.
Qeyd edək ki, sadalanan oyunçulardan əlavə, siyahıya 2002-ci ildə azarkeşlərə dəmir pul atan Ceymi Karrager, “Nyukasl”da ikən bir-biri ilə dalaşan Li Boyerlə Kiron Dayer, qol sevincini azarkeşlərlə qeyd etmiş Aryen Roben və rəqibə şillə vuran Zlatan İbrahimoviç də düşüb.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?