"Çelsi"nin qırmızı vərəqə alan futbolçusu türk hakimi haqlı çıxardı

"Çelsi"nin qırmızı vərəqə alan futbolçusu türk hakimi haqlı çıxardı
XƏBƏR 25 Aprel 2012 / 23:09 2296
-  A +

Dünən Çempionar Liqasının "Barselona"ya qarşı keçirilən təkrar yarımfinal oyununun 37-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan "Çelsi"nin futbolçusu Con Terri türkiyəli hakim Cüneyt Çakırın bu qərarına şərh verib.

Qol.Az-ın məlumatına görə, bununla bağlı Britaniya mətbuatına açıqlamasında Terri Çakırın haqlı qərar çıxardığını bildirib.

"Bəli, mən həqiqətən də rəqib futbolçunu vurmuşdum. Ona görə də hakim doğru qərar verdi. "Barselona"nın oyunçusu məni tez-tez əsəbiləşdirdiyi üçün onun ayağından bilərədən vurmuşdum" - deyə o bildirib.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu