Qurban Qurbanov: "Danışılası bir şey yoxdur"

XƏBƏR 25 Aprel 2012 / 19:30 2185
-  A +

“Gərgin oyunun şahidi olduq. Bir səhv bizim məğlubiyyətimizə səbəb oldu. Oyun haqqında danışılası bir şey yoxdur”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun “Bakı” ilə yarımfinal matçından sonra deyib.

“Əsas üzüldüyüm azarkeşləri sevindirə bilməməyimiz oldu. Onlar oyun boyu bizi dəstəklədilər. Oyunsonrası penaltilər lotereyadır. Bizim bəxtimiz gətirmədi. Rəqibimizi qələbə münasibətilə təbrik edirəm” - deyə Qurbanov bildirib.

Qeyd edək ki, "Bakı" penaltilər seriyasında "Qarabağ"ı məğlub edərək ölkə kubokunun finalına yüksəlib.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə