Qalmaqallı hakim “Qarabağ” – “Bakı” oyununa təyinat aldı

Qalmaqallı hakim “Qarabağ” – “Bakı” oyununa təyinat aldı
XƏBƏR 25 Aprel 2012 / 14:44 1983
-  A +

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, “Qarabağ” – “Bakı” matçını referi Elçin Məmmədov idarə edəcək.

Qeyd edək ki, Elçin Məmmədov Unibank Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında qonaq komandanın narazılığına səbəb olan bir sıra qərarlar vermişdi.

AFFA İntizam Komitəsi isə Hakimlər Komitəsinə matçın hakimlərinin idarəçiliyini  dəyərləndirdikdən sonra bu haqda onlara məlumat verilməsini istəmişdi.

Kubokun “Neftçi” – “İnter” matçının idarəçiliyi isə Fariz Yusifova həvalə olunub.

25 aprel (çərşənbə)

"Neftçi" - "İnter"
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:20 (canlı, AzTV)

"Qarabağ" - "Bakı"
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00 (canlı, "İdman Azərbaycan")

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu