Moskvanın “Spartak” klubunun hücumçusu Artyom Züba hazırda icarı qaydasında Rusiyanın “Tom” komandasında oynayan azərbaycanlı Emin Mahmudovla bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, “Sport-ekpress” qəzetinə müsahibəsində o deyib ki, Eminin “Spartak”da möhkəmlənə bilməməsində yaşının azlığı rol oynayıb.
“O, yaxşı oğlan və futbolçudur. Eminin yaşı azdır. Hərçənd ona “Spartak”da özünü göstərmək üçün sona qədər şans vermədilər. Bu isə psixikaya təsir edir. Əvvəllər Emin özünü yaxşı tərəfdən göstərirdi. Ümid edirəm ki, o, yenə də əvvəlki formasına qayıdacaq. Amma hazırda bu futbolçu psixoloji quyuya düşüb. Buna baxmayaraq, Mahmudov üçün hər şey hələ irəlidədir” – deyə Züba bildirib.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?