Dünən Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində öz meydanında “Çelsi” ilə 2:2 bərabərə qalaraq mübarizədən kənarlaşan “Barselona” klubunun baş məşqçisi Pep Qvardiola mətbuata bir sıra açıqlamalar verib.
Qol.Az-ın məlumatına görə, Qvardiola deyib ki, onun komandası sona qədər əlindən gələni edib:
“Buna baxmayaraq, uğursuzluğa düçar olduq. Harda səhv etdiyimi bilmirəm. Bütün məsuliyyət mənim üzərimdədir. Rəqibimiz çox gözəl müdafiə olundu və biz onları təbrik etməliyik”.
Pep komandasının ulduz futbolçusu Messi haqqında da fikirlərini bildirib: “Onun komandaya etdikləri üçün nə qədər təşəkkür etsəm, yenə də azdır. İstənilən halda ona hörmət edirəm”.
Qvardiola “Barselona”dakı gələcək fəaliyyətinə də toxunub. O deyib ki, bir neçə gün sonra rəhbərliklə bu barədə danışıqlar masasına oturacaq.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?