Mourinyo: "Real"ı tərk etmək üçün bir səbəb yoxdur"

XƏBƏR 24 Aprel 2012 / 22:20 1952
-  A +

Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo mövsümün sonu bu komandanı tərk edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis hazırda "Real"ı tərk etmək üçün bir səbəb olmadığını deyib.

"Amma bütün hallarda mövsümün sonunu gözləmək lazımdır. Mənim bu klubla müqaviləm var, ona görə də "Real"ı tərk etmək haqda düşünmürəm. Eyni zamanda qərarımı mövsümün sonunda verəcəyəm. Biz bundan sonra daha iki mükafat uda bilərik və ya əksinə heç nə qazanmarıq. Hazırda gələck karyeramla bağlı məsələ məni narahat etmir. Fikrimcə, növbəti mövsüm də "Real"da qalacağam" - deyə o qeyd edib.


Son xəbərlər