Mirhüseyn Seyidov: "Elçin Məmmədovun belə danışmağı sadəcə biabırçılıqdı"

Mirhüseyn Seyidov: "Elçin Məmmədovun belə danışmağı sadəcə biabırçılıqdı"
XƏBƏR 24 Aprel 2012 / 18:23 2111
-  A +

"Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov “Xəzər Lənkəran”la oyunun hakimi Elçin Məmmədovun son açıqlamasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, M.Seyidov E.Məmmədovun bu açıqlamalarını biabırçılıq adlandırıb:

“Xəzər Lənkəran”la oyunumuzu idarə etmiş baş hakim Elçin Məmmədov bizim haqqımızda xoşagəlməz ifadələr işlədib. Guya “Neftçi” oyunçularının futboldan anlayışı yoxdur. Əgər belədirsə, qoy Elçin Məmmədov “yeni futbol qaydaları” haqqında kitab yazsın, biz də oxuyub öyrənək. Hakimin belə danışmağı sadəcə biabırçılıqdı. Qaldı ki, həyatdan danışmağa onda Elçin Məmmədov gərək ümumiyyətlə sussun".


Son xəbərlər