2012-ci il London Yay Olimpiya Oyunlarına güzəştli kartla lisenziya qazanan Azərbaycan üzgüçülərinin adları açıqlanıb. Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunlar Yevgeni Lazuka və Oksana Hətəmxanovadır.
Olimpiadada Lazuka batterflay, Hətəmxanova brass üsulu ilə 100 metr məsafəyə üzgüçülük yarışlarına qatılacaqlar. Onlar aprelin 25-də digər üzgüçülərimiz Andrey İlin və Boris Kirilovla birgə Belarusun Brest şəhərində start götürəcək lisenziya xarakterli beynəlxalq turnirdə iştirak edəcəklər. Üzgüçülərimiz lisenziya normasını dolduracaqları halda Beynəlxalq Su idman növləri Federasiyasının təqdim etdiyi güzəştli kartla lisenziyaya ehtiyac qalmayacaq.
Qeyd edək ki, London olimpiadasına vəsiqə qazanan üzgüçülərimizdən Oksana Hətəmxanova milliyətcə azərbaycanlı, Yevgeni Lazuka isə belarusludur. Onlara verilən güzəştli kartların sayəsində Azərbaycanın aktivindəki lisenziyaların sayı 39-a çatıb.
Volkanı Metin əvəzlədi
18 ildən sonra
Jardim istefa verdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video