"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun klubun rəsmi saytına müsahibəsi
- "Qəbələ"yə qarşı keçirilən qarşılaşma gərginliyi ilə yadda qaldı. Matç çox çətin keçsə də, sonradan "İnter" əzmkar qələbə qazana bildi. Bu görüş haqda fikirlərini öyrənək...
- Bu oyun bizim üçün çox önəmli idi. Bu qarşılaşma hər iki tərəf üçün böyük əhəmiyyət daşıyırdı. Məqsədimiz qələbə qazanmaq idi ki, buna da nail olduq. Avropakuboklara vəsiqə yolunda bu üç xal bizə çox lazım idi.
- Bu turda "Qarabağ"ın məğlub olması da "İnter"in işinə yaradı. Belə ki, komanda Ağdam klubunu keçməklə turnir cədvəlinin 2-ci pilləsinə yüksəldi. Bu haqda nə deyə bilərsən?
- Fikrimcə, birinci pilləni kimin tutacağı artıq məlum məsələdir. Biz də öz növbəmizdə qalan görüşlərdə qələbə qazanıb 2-ci yerdə mövqeyimizi saxlamağa çalışacağıq. İnşallah, sonda məqsədlərimizə çatacağıq.
- Yeri gəlmişkən, çempionat çərçivəsində keçirilən son 5 matçda "İnter" qələbəyə həsrət idi. Amma "Qəbələ" ilə oyunda qələbə əldə etməklə komanda bu uğursuz seriyaya son qoydu...
- Mövsüm boyu hər komanda bu cür vəziyyətlə üzləşir. Belə enişlərin olması qaçılmazdır. Biz də belə hadisəylə üzləşdik, amma zənnimcə, "Qarabağ" klubuna qarşı keçirilən qarşılaşmada biz bu seriyaya artıq son qoya bilmişik. "Qəbələ"ylə oyundakı qələbəmizi isə buna sübut kimi göstərə bilərik.
- "İnter"in əsas məqsədlərindən biri Avroliqaya vəsiqə əldə etməkdir. Necə düşünürsən komanda bu hədəfinə çata biləcək gücdədir?
- İnşallah, biz bunu edə biləcəyik. Bunun üçün isə mövsümün qalan qarşılaşmalarında yaxşı oyun göstərmək və var-gücümüzlə mübarizə aparmaq lazımdır.
- Artıq çərşənbə günü komandanı Azərbaycan kubokunun 1/2 final mərhələsi çərçivəsində "Neftçi"ylə çətin səfər qarşılaşması gözləyir...
- Bu oyun bizim üçün çox vacibdir. Məqsədimiz kubokun finalına çıxmaqdır. Lakin biz bilirik ki, bunu etmək çox çətin olacaq. Komandamızı gərgin mübarizə gözləyir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?