İranda qadın üzgüçülərin yığması yaradılacaq

İranda qadın üzgüçülərin yığması yaradılacaq
XƏBƏR 23 Aprel 2012 / 17:28 1443
-  A +

“İranın qadın üzgüçülərdən ibarət yığma komandası 2013-cü ilin mart ayınadək yaradılacaq”.

Bu barədə İran Üzgüçülük Federasiyasının qadınlar üzrə baş məsləhətçisi Şəhrizad Varnus açıqlama verib.

O bildirib ki, İranda ilk dəfə olaraq, qadın üzgüçülər üçün turnir keçirilməsi də planlaşdırılıb:

“Şübhəsiz ki, bu məsələ federasiyamız tərəfindən qaldırılıb, yekun qərar İdman və Gənclik Nazirliyi ilə aparılan danışıqlardan sonra məlum olacaq.

“Anaların sağlamlıq proqramı” adlı ilk qadın turniri veteran üzgüçü qadınlar arasında keçiriləcək. Ölkə çempionatı çərçivəsində 25 yaşdan yuxarı qadın üzgüçülərin qatılacağı turnir müsəlman qadınların ləyaqətinin və cəmiyyətdə mövqeyinin müdafiəsi məqsədilə təşkil ediləcək. Turnirin may-iyun aylarında keçirilməsi planlaşdırılıb”.

Xəbər: APA

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə