Unibank Premyer Liqanın XXIX turunun “Qarabağ” – “Bakı” oyunu (2:4) Azərbaycan çempionatları tarixinə düşüb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, bu qarşılaşma milli çempionatlarda ilk “altılığ”ın ən məhsuldar oyunu olub. İndiyədək 2 mərhələdə keçirilən və “altılıq” prinsipinin olduğu çempionatların mükafatlar uğrunda həlledici mərhələsində heç vaxt 6 və ya daha çox qol vurulmamışdı.
İlk dəfə 1995/96 mövsümündə tətbiq olunan sistem 1998/99, 2001/02 mövsümlərində də istifadə olunub. Son illərdə isə ardıcıl 3-cü dəfədir 1-6-cı yerlər uğrunda final mərhələsi oyunları keçirilir. Düzdür, bu 6 çempionatdakı “altılıq” mübarizəsi fərqli olub: qızıl xallar da hesablanıb, xallar sıfırdan da başlanıb, xalların davamı da olub. 2001/02 mövsümünün final mərhələsi isə sona da çatdırılmayıb. Lakin istənilən halda 1-6-cı yerlər uğrunda oyunlarda 6-dan çox qol vurulmayıb.
1-6-cı yerlər uğrunda 1995/96 mövsümündə 30 oyundan 2-də, 1998/99 mövsümündə 30 oyundan 1-də 5 qol vurulmuşdu. 2001/02 mövsümündə cəmi 9 görüş baş tutmuşdu ki, onların 1-də 5 qol vurulmuşdu. 2009/10 mövsümündə 30 matçdan 3-də 5 qol qeydə alınmışdısa, ötən mövsüm belə hal yaşanmayıb. Cari mövsümdə isə artıq 2 dəfə 5 qol vurulmuşdu. Bir sözlə 1-6-cı yerlər uğrunda keçirilən 150 oyunda yalnız ilk dəfə 6 qol vurulub, daha 9 dəfə 5 qol qeydə alınıb.
Qeyd edək ki, qeyd olunan çempionatların ikinci “altılığ”ında daha məhsuldar oyunlar olub. Mütləq rekord isə 1998/99 mövsümündə 7-10-cu yerlər uğrunda keçirilən “Viləş” - “Turan” oyunudur. 6:6 hesabı ilə başa çatan qarşılaşmada 12 qol vurulmuşdu. Həmin vaxt final mərhələsi 3 qrupda – 1-6, 7-10 və 11-14-cü yerlər uğrunda keçirilirdi.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?