Futbol üzrə 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsinin Avropa zonası üzrə püşkü atılarkən səbət bölgüsündə kobud səhvə yol verilib.
Nəticədə Azərbaycan milli komandasının tarixinin ən biabırçı məğlubiyyətlərindən biri qeydə alınıb.
Bu faktı “football-ranking.info” saytı üzə çıxarıb.
Həmin vaxt FİFA püşkatma zamanı UEFA-ya üzv 51 ölkənin 2002-ci il dünya çempionatı və 2004-cü il Avropa çempionatında göstərdiyi nəticələrə əsasən səbətlərə bölünəcəklərini açıqlayıb. Lakin ölkələrin FİFA reytinqindəki xalları bərabər olduğu halda, bölgünün necə aparılacağı barədə məlumat verilməyib. Məsələyə 2008-ci il Avropa çempionatının püşkatma prosedurunda aydınlıq gətirilib. Bu qaydaları nəzərə alarkən məlum olur ki, Bolqarıstan Polşanı 2-ci səbətdə, Ukrayna isə Avstriyanı 3-cü səbətdə əvəzləməli imiş.
Səbətlərə bölgünün düzgün aparılmaması nəticəsində 3 seçmə qrupun tərkibinin formalaşdırılmasında yanlışlığa yol verilib. Bu səbəbdən, Azərbaycan millisi İngiltərə, Polşa, Avstriya, Uels və Şimali İrlandiya ilə 6-cı qrupda rəqib olub. Halbuki bu qrupda Polşa və Avstriyanı Bolqarıstanla Ukrayna əvəzləməli və beləliklə, Avstriya 2-ci qrupda Türkiyə, Yunanıstan, Danimarka, Gürcüstan, Albaniya və Qazaxıstanla, Polşa isə 8-ci qrupda İsveç, Xorvatiya, Polşa, İslandiya, Macarıstan və Malta ilə birgə yer almalı idi.
Qeyd edək ki, Azərbaycan millisi 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsində Polşaya səfərdə 0:8, evdə 0:3 hesabı ilə uduzub. Bakıdakı görüşdə yığmamızın o zamankı baş məşqçisi Karlos Alberto Torresi ispaniyalı referi Undiano Malyenko texniki zonadan qovub. Bu, braziliyalı mütəxəssisin millimizin sükanı arxasında son oyunu olub. Polşadakı nəticə Azərbaycan yığması tarixinə Fransaya 1995-ci ildəki 0:10 hesablı məğlubiyyətdən sonra ikinci biabırçılıq kimi yazılıb. Avstriyaya gəldikdə, səfər matçında 0:2 hesabı ilə uduzan komandamız evdə heç-heçə edib – 0:0. Həmin seçmə mərhələdə yığmamız 3 heç-heçə ilə 6 komandalı qrupda sonuncu olub.
Xəbər: lent.az
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi