Yaponiya Azərbaycana rəqib oldu

Yaponiya Azərbaycana rəqib oldu
XƏBƏR 23 Aprel 2012 / 15:05 2062
-  A +

AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən Yaponiya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun keçirilməsi üçün bütün xərclər, o cümlədən nəqliyyat (gediş-gəliş) xərcləri Yaponiya Futbol Assosiasiyası tərəfindən ödəniləcək.

Matç may ayınıın 23-də, Şizuoka şəhərindəki «Ekopa» stadionunda baş tutacaq. 

Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Yaponiya yığması bu il Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıb.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner