"Elçin Məmmədov "Xəzər Lənkəran"lı futbolçuların kobudluğuna göz yumdu"

"Elçin Məmmədov "Xəzər Lənkəran"lı futbolçuların kobudluğuna göz yumdu"
XƏBƏR 23 Aprel 2012 / 12:17 1914
-  A +

"İstəməzdik ki, “Xəzər Lənkəran”la oyunumuz qərəzli hakim qərarları ilə yadda qalsın. Amma təəssüf ki, belə oldu. Bir neçə epizodda hakim rəqib futbolçuların kobudluğuna göz yumdu. Nəticədə Flavinyoya səbəbsiz yerə sarı vərəqə göstərdi. Özü də o bilirdi ki, bu vərəqə Flavinyonun növbəti matçı buraxmasına səbəb olacaq. Ümumiyyətlə onun qərarları komandamızın gələcək oyunlarına mənfi təsir edəcək”.

Qol.Az-ın məlumatına görə, bu barədə “Neftçi”nin məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına açıqlamasında bildirib.

Tərlan Əhmədov görüşün baş hakimi Elçin Məmmədovun qərəzli qərarlar verməsindən narahatçılığını bildirib: “Buna qədər Elçin Məmmədov "Bakı" və "İnter" komandaları ilə oyunlarımızı idarə etmişdi. Həmin qarşılaşmalarda hakim qərəzli qərarları ilə yadda qalmışdı. Belə hakimlik klublarımız arasındakı münasibətlərə də pis təsir edir".

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə