Daha bir ulduz futbolçu karyerasını bitirir

Daha bir ulduz futbolçu karyerasını bitirir
XƏBƏR 23 Aprel 2012 / 01:03 1979
-  A +

Argentinanın ulduz futbolçularından olan Xuan Sebastian Veron gələn ay karyerasını bitirəcəyini açıqlayıb. 

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, bu haqda futbolçunun özü açıqlama verib.

Son dövrlər zədə səbəbindən "Estudiantes"in əsas heyətindən kənarda qalan Veron artıq futbolla vidalaşmaq istədiyini bildirib. Mayın 13-də "Godoy Cruz"la keçirilən görüşdə Veron karyerasının son matçına çıxacaq.

Qeyd edək ki, 73 dəfə Argentina milli komandasının formasını geyinən Veron 3 dünya çempionatının iştirakçısı olub. 


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu