"Real"dan daha bir rekord

"Real"dan daha bir rekord
XƏBƏR 22 Aprel 2012 / 12:17 2420
-  A +

"Real" (Madrid) klubu daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, dünən La Liqanın 34-cü turunda səfərdə "Barselona"nı 2:1 hesabı ilə məğlub edən "Real" bu mövsüm vurduğu qolların sayını 109-ya çatdırıb.

Madrid təmsilçisi bu günədək ən çox 1989-1990-cı illər mövsümündə qol vurmuşdu. Həmin vaxt 107 qola imza atan "Real" "Barselona" ilə oyunda daha iki dəfə fərqlənməklə bu rekordu təzələyib.

Qeyd edək ki, "Barselona" ilə oyunda fərqlənən Kriştiano Ronaldo bu mövsüm La Liqada mübarizə aparan 18 komandaya qol vurmağı bacarıb. Portuqaliyalı futbolçu "Malyorka"ya da qol vuracağı təqdirdə La Liqada yeni rekorda imza atacaq. 


Son xəbərlər