Ronaldo: "Növbədə "Bavariya"dır"

Ronaldo: "Növbədə "Bavariya"dır"
XƏBƏR 22 Aprel 2012 / 11:33 2338
-  A +

"Real" əla oynadı. Qələbə münasibəti ilə komandamızın bütün üzvlərini təbrik edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Real"ın hücumçusu Kriştiano Ronaldo dünən İspaniya çempionatında "Barselona"ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.

O deyib ki, "Nou Kamp"da qələbə qazandıqlarına görə şaddırlar: "Bu qələbə bizi Çempionar Liqasında "Bavariya" ilə oyun üçün daha da ruhlandırdı. İndi növbədə almanlardır. Onları məğlub edib finala çıxmaq istəyirik".

Son xəbərlər