Güləşçilərimiz lisenziya uğrunda mübarizəyə qoşulur

XƏBƏR 21 Aprel 2012 / 11:43 1577
-  A +

Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir.

Qol.Az-ın məlumatına görə, turnirin ikinci günündə 3 çəkidə yunan-Roma güləşçimiz lisenziya uğrunda mübarizəyə qoşulur. Güləşçilərimizin ilk rəqibləri bəllidir:

60 kq

1/8 final - Dzmitry ALENSKI (BLR) - Kamran MAMMADOV (AZE)

66 kq

1/16 final - Tamas LORINCZ (HUN) - Vitaliy RAHIMOV (AZE)

74 kq

1/16 final - Rafig HUSEYNOV (AZE) - Peter BACSI (HUN)

Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 güləşçi (finalçılar) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 96 və 120 kq çəkidə yunan-Roma güləşçiləri turnirin son günündə mübarizəyə qoşulacaqlar.
Məşqçilər Salih Bora və Mutaalib Yerlikayanın rəhbərliyi altında 5 çəki dərəcəsində Olimpiya lisenziyası hədəfləyib. Kamran Məmmədov (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorov (120 kq) Bolqarıstana yollanıb. Xatırladaq ki, yunan-Roma yığmamız, ötən ilki dünya çempionatında, 2 çəkidə (Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq)) Olimpiya lisenziyası qazanıb.

Dünən keçirilən görüşlərdə sərbəst güləş yığmamız aktivinə daha bir lisenziya əlavə etdi. 60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov bütün rəqiblərindən üstün olaraq həm Olimpiadaya lisenziya qazandı, həm də turniri qalib kimi başa vurdu. Bununla da, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız 7 mümkün lisenziyadan 5-ni (Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) artıq qazanmış oldu.

Son xəbərlər