"Azərbaycan yığması yaxşı komandadır"

XƏBƏR 20 Aprel 2012 / 01:43 1691
-  A +

"Fiziki hazırlıq baxımından Azərbaycan yığması yaxşı komandadır. Oyundan əvvəl isinmə hərəkətləri zamanı bir daha bunun şahidi oldum".

Qol.Az-ın məlumatına görə, bu sözləri 17 yaşlı qadınlardan ibarət Türkiyə milli komandasının baş məşqçisi Tayqun Erdem yığmamızla oyundan sonra (3:1) deyib.

Türkiyəli mütəxəssis görüşlə bağlı daha sonra bunları bildirib: "Bu oyunda rəqibimizin ustalıq səviyyəsi daha yüksək olan 2-3 futbolçuya da ehtiyacı var. Bu çatışmazlıq yoluna qoyulsa, Azərbaycan yığması 2012-ci ildə keçiriləcək dünya çempionatında yaddaqalan komandalardan biri ola bilər".


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner