Heydər Əliyevin xatirəsinə həsr olunan və 23 yaşadək velosipedçilər arasında keçiriləcək velotur 9-13 may 2012 il tarixlərində baş tutacaq.
Beş mərhələlik velotur Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışı olacaq. Velotur Bakı şəhərində komanda yarışı ilə başlayacaq. Komanda yarışından sonra peloton Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək və orada növbəti üç mərhələ keçiriləcək. Veloturun ən şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra yarış iştirakçıları Bakıya qayıdacaq. Yarış marşrutu çoxsaylı beynəlxalq turların təşkilində böyük təcrübə toplamış, o cümlədən 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə Dünya Çempionatının təşkilatçısı olan Albrext Roeder tərəfindən planlaşdırılmışdır.
I mərhələ: Bakıda komanda sınaq yarışı (30 km)
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Azərbaycanın paytaxtı Bakı şəhərində 30 kilometrlik məsafədə komanda sınaq yarışları ilə açılacaq. Velosipedçilər turu Azadlıq meydanından başlayıb orada da başa çatdıracaqlar. Bu mərhələ, demək olar ki, tamamilə enişsiz-yoxuşsuz marşrut üzrə keçiriləcək. Velosipedçilərə yalnız Xəzərdən əsən Gilavar müəyyən çətinlik yarada bilər.
II mərhələ: Bakı - İsmayıllı (176 km)
Komanda yarışlarından sonra velosipedçilər 2-ci mərhələ çərçivəsində Bakı-İsmayıllı marşrutu üzrə 176 km. məsafə, o cümlədən Böyük Qafqaz dağlarında 3 yüksəklik qət edəcəklər. 150 kilometrdən sonra pelaton veloturun ən yüksək nöqtəsinə çatacaq və enişli yolla İsmayıllıya – finiş xəttinə istiqamətlənəcək.
III mərhələ: Qəbələ - Qəbələ (160 km)
3-cü mərhələ 20 kilometrlik enişli yolla başlayacaq. Sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək yenidən Qəbələyə gələcəklər. 160 kilometrlik çətin keçilən məsafəni geridə qoyan yarış iştirakçıları 782 metrlik yoxuşlu yolla finiş xəttinə çatacaqlar.
IV mərhələ: İsmayıllı – Qəbələ (114 km)
Dördüncü mərhələnin başlanması üçün iştirakçılar İsmayıllıya qayıdacaqlar. 35 kilometrdən sonra pelaton Qəbələyə çatacaq. Burada yarış iştirakçıları 12 dövrə vuracaqlar. İdmançıları çətin sınaq gözləyir – onlar hər dövrə çərçivəsində 798 metrlik hündürlüyə qalxacaqlar.
V mərhələ: Bakı – Bakı (123 km)
Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun sonuncu – beşinci mərhələsinin keçirilməsi üçün iştirakçılar Bakıya qayıdacaqlar. Velosipedçilər hər biri 12.3 kilometr olan 10 dövrə vurduqdan sonra yarış başa çatdıracaqlar. Bu mərhələdə sprinterlərə öz məharətlərini göstərmək üçün gözəl fürsət yaranacaq.
Yarış haqqında
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılacaqdır.
Yarış Azərbaycan Velosiped idmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın “FreundeEventlogistik” şirkəti ilə birlikdə təşkil olunur.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?