"Premyer Liqa dünyanın ən çətin çempionatıdır"

"Premyer Liqa dünyanın ən çətin çempionatıdır"
XƏBƏR 19 Aprel 2012 / 00:01 1869
-  A +

"Tottenhem" klubunun yarımmüdafiəçisi Rafael Van der Vart İngiltərə Premyer Liqasını İspaniya La Liqası ilə müqayisə edib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu Premyer Liqanın dünyanın ən çətin çempionatı olduğunu bildirib:

"La Liqada ən çətin görüşlər "Real" və "Barselona" komandaları arasında keçir. Onsuz da İspaniyada məhz bu iki komanda turnir cədvəlinin zirvəsində olur. İngiltərədə isə fərqlidir. Burada bütün səfər oyunları gərgin keçir. Burada demək olar ki, qış fasiləsi olmur. Ona görə də düşünürəm ki, Premyer Liqa dünyanın ən çətin çempionatlarından biridir. Bunu heç müzakirə də etmərəm".

Qeyd edək ki, 2010-cu ildə "Real" (Madrid) klubundan "Tottenhem"ə transfer olunan Van der Vart keçirdiyi 56 oyunda 22 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır