"Simurq" Rubinslə yollarını rəsmən ayırdı

XƏBƏR 18 Aprel 2012 / 19:15 1467
-  A +

“Simurq” klubu yarımmüdafiəçisi Andreys Rubinslə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala təmsilçisi bu gündən etibarən latviyalı futbolçu ilə rəsmən yollarını ayırıb.

Qeyd edək ki, Andreys Rubins 2011-ci ilin sentyabr ayından “Simurq”un formasını geyinib və ilk dəfə çempionatın V turunda “İnter”lə oyunda debüt edib. Mövsüm ərzində 1053 dəqiqə meydanda olan latviyali futbolçu XII turda “Rəvan”la görüşdə “Simurq”un forması altında ilk və sonuncu qolunu vurub. Təcrübəli yarımmüdafiəçi buna qədər isə Azərbaycan çempionatında Bakının “İnter” və Ağdamın “Qarabağ” klubunda forma geyinib.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq